Hörmətli xanımlar və cənablar,
Türk Dünyası ilə səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsas prioritetlərindən biridir.
4-7 oktyabr 2024-cü il tarixlərində Bakıda Gülüstan Sarayında I Türk Dövlətlərinin Kardioonkoloji Konqresinə ev sahibliyi etməyi planlaşdırırıq. Konqresdə kardioonkologiya sahəsində ixtisaslaşmış elmi və tibbi müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin iştirakı gözlənilir.
Konqresin məqsədi bu sahədə müasir yanaşmanı bölüşmək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq üçün Türk Dünyasından olan kardioonkologiya mütəxəssislərini bir araya gətirməkdir. Elmi müzakirələrə və təcrübə mübadiləsinə həsr olunmuş dəyirmi masalar və simpoziumlar üç gün davam edəcək. I Türk Dövlətləri Kardioonkoloji Konqresin 2024-cü il oktyabrın 7-də Bakıda təntənəli açılışı olacaq.
Teymur Musayev
Azərbaycan Respublikası Səhiyyə Naziri